Ceyhun Bayramov Özbəkistana təşəkkür etdi

09:54 19.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müstəqilliyimizə və suverenliyimizə davamlı dəstəyə görə qardaş Özbəkistan xalqına və hökumətinə minnətdarıq.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında özbəkistanlı həmkarı Vladimir Norova ölkəmizin Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik paylaşımına görə təşəkkür edərkən yazıb.

“Xoş arzularınız üçün təşəkkür edirəm əziz Vladimir Norov. Xalqlarımız arasında dostluq əbədi olsun!”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər